XİN rəhbəri Baş direktoru Azərbaycana dəvət edib

XİN rəhbəri Baş direktoru Azərbaycana dəvət edib
  10 Fevral 2020    Oxunub:1414
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Vyanaya səfəri çərçivəsində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Mariano Qrossi ilə görüşüb.
Xarici İşlər Nazirliyinən Azvision.az -a verilən məlumata görə, görüşdə Azərbaycanın Texniki Əməkdaşlıq Proqramı çərçivəsində layihələrin reallaşdırılması və əməkdaşlığın prioritet istiqamətləri barədə fikir mübadiləsi aparılıb.

E. Məmmədyarov Rafael Mariano Qrossini AEBA-nın Baş direktoru vəzifəsinə təyinatı münasibətilə təbrik edərək onu Azərbaycana səfərə dəvət edib.

Rafael Mariano Qrossi Azərbaycan və AEBA arasında əməkdaşlıqdan məmnunluğunu ifadə edərək, bu əlaqələrin daha da inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib.

Nazir Texniki Əməkdaşlıq Proqramı çərçivəsində əməkdaşlıqda maraqlı olduğumuzu ifadə edib. AEBA ilə əməkdaşlığın inkişaf etdirilməsi məqsədlə Agentlikdə ölkəmizin nümayəndələrinin təmsil olunmasında maraqlı olduğumuz Baş direktorun diqqətinə çatdırılıb.

Görüşdə həmçinin Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi dövründə AEBA ilə QH arasında potensial əməkdaşlıq məsələləri üzrə mövcud perspektivlər müzakirə edilib.

Azvision.az



Teqlər: ElmarMəmmədyarov  





Xəbər lenti