Azərbaycanın milli parklarının qış mənzərələri - FOTOLAR
Göygöl Milli Parkında da füsunkar mənzərəni, ekoturistlərin qar sevincini görmək mümkündür.
Azərbaycanın cənub bölgəsinin ən gözəl təbiət abidəsi olan Hirkan Milli Parkı da qar örtüyünə bürünüb.Altıağac Milli parkının gözəl təbiətinə qar daha da gözəllik qatıb.
Samur-Yalama Milli Parkının meşələrinin qarlı mənzərəsi də göz oxşayır.
Aran Qarabağa da qar yağıb. Ağgöl Milli Parkının düzən əraziləri ağappaq görünür.
Bu qış Abşeron yarımadasının ən ucqar nöqtəsinə, Abşeron Milli Parkına da qar yağıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan təbiətini sevən, onun gözəlliklərinə dəyər verən bütün turistləri milli parklarımızdakı qış mənzərələrindən və təbiət gözəlliklərindən zövq almağa dəvət edir.
Azvision.az
Teqlər: