“Şəffaf seçkilər Azərbaycanın növbəti uğurudur” - Qazaxıstan deputatı

“Şəffaf seçkilər Azərbaycanın növbəti uğurudur” -    Qazaxıstan deputatı
  10 Fevral 2020    Oxunub:2386
Seçki məntəqələrində apardığımız müşahidələr zamanı hər hansı qayda pozuntusu qeydə alınmayıb.
Azvision.az xəbər verir ki, bunu Qazaxıstan parlamentinin müşahidə missiyasının nümayəndəsi Şahmərdan Nurumov deyib. O, məntəqələrdə yaradılan şəraitdən məmnun qaldıqlarını bildirib.

“Azərbaycanda parlament seçkiləri çox ədalətli, qanun çərçivəsində keçirildi. Seçkilərin şəffaf şəkildə keçirilməsi Azərbaycanın növbəti uğurudur. Biz seçki məntəqələrində seçici fəallığının şahidi olduq. Bu, onu göstərir ki, xalqın dövlətçiliyə inamı böyükdür”, - deyə Şahmərdan Nurumov vurğulayıb.

Azvision.az


Teqlər: Seçki   Qazaxıstan  





Xəbər lenti