QDİƏT PA: “Seçkilər demokratik, ədalətli keçirilib”

 QDİƏT PA:  “Seçkilər demokratik, ədalətli keçirilib”
  10 Fevral 2020    Oxunub:2979
"Azərbaycanda 2020-ci il parlament seçkilərində müşahidəçi kimi iştirak etdim. Artıq 3 gündür ki, prosesləri izləyirik".

Azvision.az xəbər verir ki, bunu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) müşahidə missiyasının üzvü, türkiyəli deputat Cemal Öztürk bildirib.
O bildirib ki, seçkilər demokratik, ədalətli keçirilib: "Hər hansı neqativ hadisəyə rast gəlmədim. Azərbaycan xalqını təbrik edirəm. Azərbaycan xalqı ən yaxşılara layiqdir. Bu seçkilərin təkcə Azərbaycanda yox, bütün Türk dünyası, bölgədəki sülhə təsir edəcəyinə inanıram".

Qurumun Baş katibi Asəf Hacıyev qeyd edib ki, nümayəndə heyətinə 5 ölkənin nümayəndəsi daxildir: "Dünən Bakıda 10-dan çox seçki məntəqəsində olduq, heç bir qayda pozuntusu görmədik. Hətta orada olan partiyaların nümayəndələrindən soruşduq, daha sonra Maştağa və Bilgəhdə də 10-a yaxın məntəqədə olduq. Məntəqələrdə aktivlik daha çox idi".

QDİƏT PA-nın müşahidə missiyasının üzvü, rusiyalı deputat Maksim Şablikin həmkarları ilə birgə seçkidə müşahidə apardığını qeyd edib. Onun sözlərinə görə, Azərbaycanda seçkilər çox demokratik şəkildə keçirilib.

QDİƏT PA-in müşahidə missiyasının üzvü, bolqarıstanlı deputat Petar Kanev Azərbaycanda demokratik seçki prosesi müşahidə etdiklərini vurğulayıb: “Mən artıq Azərbaycanda 3-cü dəfədir ki, seçkilərdə iştirak edirəm. Hava çox soyuq olsa da, seçkiyə maraq çox yüksək idi. 40-a yaxın yerdə müşahidə apardım, seçkilərin şəffaf keçirilməsini müşahidə etdim".

Azvision.az


Teqlər: QDİƏTPA   Seçki  





Xəbər lenti