Şəhid pilotumuzun doğum günüdür

Şəhid pilotumuzun doğum günüdür
  10 Fevral 2020    Oxunub:2421
Bu gün Aprel döyüşlərində şəhid olan pilotumuz Əbubəkir İsmayılovun doğum günüdür.
Azvision.az -ın məlumatına görə, Əbubəkir İsmayılov 10 fevral 1990-cı ildə Kürdəmir şəhərində anadan olub. 2005-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub və 2008-ci ildə həmin liseyi bitirib. O, daha sonra Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinə daxil olub.



Baş leytenant Aprel döyüşlərində şəhid olub. O, mayor Təbriz Musazadə və Urfan Vəlizadə ilə birgə idarə etdiyi Mi-24 helikopterilə 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlərdə iştirak edib. Döyüşlər zamanı Mi-24 helikopteri ermənilər tərəfindən vurulub və helikopterdə olan heyət üzvləri qəhrəmancasına şəhid olub. Onların nəşi aprelin 10-u neytral ərazidən götürülüb. Aprelin 11-də şəhidlərimizlə vida mərasimi keçirilib.

Pilotumuz şəhid olmasından bir neçə ay öncə ailə həyatı qurmuşdu.





Əbubəkir İsmayılov Bakı şəhərində yerləşən II Fəxri Xiyabanda torpağa tapşırılıb. Ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.



Azvision.az


Teqlər: Şəhid   Pilot  





Xəbər lenti