Ən aktiv seçki dairəsi məlum oldu

 Ən aktiv seçki dairəsi məlum oldu
  09 Fevral 2020    Oxunub:3450
Milli Məclisə seçkilərdə saat 17:00-a olan aktiv və passiv seçki dairələri açıqlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) İnformasiya Mərkəzinin müdiri Fərid Orucov məlumat verib.

Onun sözlərinə görə, ən aktiv seçki dairəsi 1 saylı Şərur-Sədərək Seçki Dairəsidir. Bu dairədə 70.5 faiz (37 min 970 seçicidən 27 254 nəfər) seçici fəallığı qeydə alınıb.

Hələlik ən passiv dairə 28 saylı Sabunçu üçüncü seçki Dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 24,9 % (53 min 4 seçicidən 13 min 771 nəfər) təşkil edib.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Seçki   Parlament  





Xəbər lenti