Keçmiş məhkum “TT” ilə tutuldu - FOTO

Keçmiş məhkum “TT” ilə tutuldu -    FOTO
  08 Fevral 2020    Oxunub:2837
Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Bölməsinin əməkdaşları üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxsi saxlayıb.
Daxili işlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az a bildirilib ki, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Sabunçu rayon sakini Elxan Vahabov Maştağa qəsəbəsində tutulub.



Onun üzərinə və yaşadığı evə baxış zamanı 1 ədəd "TT" markalı atəşə yararlı tapança, 5 ədəd həmin silaha məxsus patron və daraq, eləcə də 1 ədəd “TOZ” markalı tüfəng aşkar edilərək götürülüb. Saxlanılan şəxs silah-sursatın ona məxsus olduğunu etiraf edib.

Faktla bağlı 14-cü Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti