Könüllülər hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar

 Könüllülər hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar
  07 Fevral 2020    Oxunub:3945
“Könüllüllər ili” çərçivəsində Azərbaycan Respublikası Baş Prokurorluğunda gənclərlə keçirilən görüşdə Bakı Dövlət Universitetinin magistr pilləsi üzrə II kurs tələbəsi Erkin Musayev çıxış edib.
Azvision.az-ın məlumatına görə, çıxışında E.Musayev bildirib ki, ümummilli lider Heydər Əliyevin miras qoyduğu müdrik dövlətçilik ənənəsinin və gənclər siyasətinin layiqli davamçısı, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə təsdiq və icra olunan proqram və strategiyalar gənclərə dövlət qayğısının göstəricisidir.

Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən 6 fevral 2019-cu il tarixdə təsdiq edilmiş “Azərbaycan Respublikasının prokurorluq orqanlarında ictimai köməkçilərin fəaliyyəti haqqında” Təlimata uyğun olaraq prokurorluq orqanlarının fəaliyyətində ictimai köməkçi qismində iştirak etmək üçün Baş Prokurorluğa müraciət etdiyini bildirən E.Musayev qısa müddət ərzində onun müraciətinə baxıldıqdan sonra fəaliyyətə başlaması üçün müvafiq şəraitin yaradıldığını məmnunluq hissi ilə ifadə edib.

E.Musayev ictimai köməkçi qismində fəaliyyət göstərdiyi müddət ərzində prokurorluğun fəaliyyət istiqamətləri ilə görülmüş işlərlə yaxından tanış olaraq, yeni bilik və bacarıqlar qazandığını, təhsil aldığı universitetdə öyrəndiyi nəzəri biliklərin praktiki işdə həyata keçirmək imkanı əldə etdiyini qeyd edib.

Çıxışının sonunda E.Musayev könüllülük əsasında prokurorluq orqanlarında ictimai köməkçi qismində fəaliyyət göstərən gənclərin adından onların fəal iştirakı üçün şərait yaratdıqlarına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Baş Prokurorluğun rəhbərliyinə dərin minnətdarlığını bildirib.

Görüşdə, həmçinin Milli Aviasiya Akademiyasının İqtisadiyyat və hüquq fakültəsinin IV kurs tələbəsi Aygün Hacıyeva çıxış edib.

Çıxış edən könüllü – A.Hacıyeva ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətinin gələcək nəslin intellektual səviyyəsinin artmasına olduqca müsbət təsir göstərdiyini vurğulayıb.



A.Hacıyeva qürur hissi ilə diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılmış “ASAN xidmət” mərkəzlərindən başlayan könüllülər hərəkatı xalqımızın milli intellektual, innovasiya məhsuludur.

İctimai köməkçi qismində fəaliyyət göstərdiyi müddət ərzində yeni imkanlar əldə etdiyini vurğulayan A.Hacıyeva prokurorluq orqanlarında kargüzarlığın aparılması qaydalarının, xidməti və prosessual sənədlərin layihəsinin tərtibinə dair təlimatların dərindən öyrənməsi üçün hər cür şəraitin yaradıldığını deyib.

Çıxışının sonunda A.Hacıyeva gənclərə göstərdiyi diqqət və qayğıya görə dövlət başçısına, eləcə də gələcək peşə seçimində doğru yolu seçmək və fəaliyyət istiqamətinə uyğun olaraq zəngin iş təcrübəsi toplamaq məqsədilə bilik və bacarıqlarını gənclərlə bölüşdüklərinə görə prokurorluq işçilərinə təşəkkürünü bildirib.

Azvision.az


Teqlər: Baş-Prokurorluq  





Xəbər lenti