Güclü külək qaz xəttini zədələdi

Güclü külək qaz xəttini zədələdi
  07 Fevral 2020    Oxunub:1967
Fevralın 6-da gecə saatlarında əsən güclü külək Bakının Sabunçu rayonu, Kürdəxanı qəsəbəsindəki yeni yaşayış massivində vətəndaşa məxsus hasarı aşırıb.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən Azvision.az -a verilən məlumata görə, bu zaman ərazidən keçən 100 mm diametrində olan qaz xəttinin 13 metrlik hissəsi də hasarın altında qalaraq zədələnib. Bir ədəd qaz sayğacının giriş hissəsi yararsız hala düşüb.

Qeyd olunub ki, “Azəriqaz” İstehsalat Birliyinin qəza xidmətinin əməkdaşlarının səyi nəticəsində qaz sızmasının qarşısı alınıb. Hasarı uçan sakindən başqa digər abonentlərin qaz təchizatında hər hansı məhdudiyyət yoxdur.

Azvision.az


Teqlər: SOCAR  





Xəbər lenti