Azərbaycanda pensiyalar artırıldı - SƏRƏNCAM

 Azərbaycanda pensiyalar artırıldı -  SƏRƏNCAM
  06 Fevral 2020    Oxunub:33137
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əmək pensiyalarının indeksləşdirilməsi haqqında Sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, Sərəncama əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2020-ci ilin 1 yanvar tarixinə 2019-cu il üzrə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyən etdiyi orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyalarının sığorta hissəsinin, istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirmək tapşırılıb.

Azvision.az


Teqlər: İlham-Əliyev  





Xəbər lenti