“Əhalinin 69,9 faizinə fasiləsiz su verilir” - “Azərsu” sədri

  06 Fevral 2020    Oxunub : 1409
“Əhalinin 69,9 faizinə fasiləsiz su verilir” - “Azərsu” sədri
“Azərsu” Açıq Səhmdar Cəmiyyətində 2019-cu ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib.
Qurumdan Azvision.az -a verilən məlumata görə, iclası giriş sözü ilə açan “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov 2019-cu ilin əlamətdar hadisələrlə zəngin olduğunu xatırladaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların makroiqtisadi sabitlik və dinamik iqtisadi inkişaf üçün əsaslı zəmin yaratdığını bildirib. Dövlət başçısının əhalinin fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi, kanalizasiya xidmətlərinin yaxşılaşdırılması ilə bağlı tapşırıqlarına uyğun olaraq 2019-cu ildə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən kompleks tədbirlər həyata keçirilib.

Ötən il Prezident İlham Əliyevin iştirakı ilə AğdaşQəbələ şəhərlərində içməli su və kanalizasiya şəbəkələri istismara verilib. Eyni zamanda, AğcabədiDaşkəsən şəhərlərində su və kanalizasiya, Şəmkir və Xırdalan şəhərlərində içməli su layihələrinin icrası yekunlaşıb. Horadiz, Yevlax, NeftçalaQazax şəhərlərində isə yeni layihələrin icrasına başlanılıb. 2019-cu ildə regionlarda ən böyük sutəmizləyici qurğu olan Şəmkirçay sutəmizləyici qurğusu istismara verilib. GədəbəyLerik şəhərləri üçün alternativ su mənbələrinin tikintisi başa çatıb, Şamaxı, TovuzŞəkidə işlər davam etdirilib.

İl ərzində 12 rayonun içməli sudan əziyyət çəkən 25 kəndində, həmçinin Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış 5 qəsəbədə içməli su layihələri icra olunub. Eyni zamanda, Bakı şəhəri və Abşeron yarımadasında 200-dən çox ünvanda içməli su, kanalizasiya və yağış suları layihələri həyata keçirilib.

Hesabat dövründə Bakı şəhəri və regionlarda 1420 km magistral və şəbəkə su xətləri, 480 km kanalizasiya kollektoru və xətləri, ümumi tutumu 30 min kubmetr olan 16 su anbarı inşa edilib, 17 subartezian quyusu qazılıb. Görülmüş işlər nəticəsində fasiləsiz içməli su ilə təmin olunan əhalinin xüsusi çəkisi Bakı şəhəri üzrə isə 81,5, regionlarda 63,6, ölkə üzrə isə 69,9 faizə yüksəlib.

Sonra Müştəri xidmətləri departamentinin rəisi Əbülfəz Kərimzadə, Elektron idarəetmə və müasir texnologiyalar departamenttinin rəisi Emil Əhmədov, Su mənbələrinin, emal qurğularının idarə olunması və ekologiya şöbəsinin rəisi Elkin Rüstəmov, 3 saylı Regional Sukanal İdarəsinin rəisi Vasif Əliyev çıxış edərək müvafiq sahələr üzrə 2019-ci ildə görülmüş işlər barədə ətraflı məlumat veriblər.

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov iclasa yekun vuraraq 2020-ci ildə görüləcək işlər, həmçinin “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyevin tapşırıqlarından irəli vəzifələr barədə məlumat verib.

Qeyd olunub ki, 2020-ci ildə şəhər və rayon mərkəzlərində layihələrin icrası davam etdiriləcək. Cari ildə içməli sudan əziyyət çəkən kəndlərdə yeni layihələr icra olunacaq, modul tipli sutəmizləyici qurğular vasitəsilə su alan kəndlərin içməli su təchizatı xüsusi diqqətdə saxlanılacaq. Bu il Bakı şəhəri və Abşeron yarımadasında da yeni layihələrin icrası nəzərdə tutulur. Səhmdar Cəmiyyətin sədri iqtisadi səmərəlilik, istismar fəaliyyətinin gücləndirilməsi, əməyin təhlükəsizliyi və müştəri məmnunluğu məsələlərinə diqqətin artırılmasının vacibliyini qeyd edib.

Azvision.az

Teqlər: Azərsu