Təyyarə qəzasında yaralananlardan biri azərbaycanlıdır

 Təyyarə qəzasında yaralananlardan biri azərbaycanlıdır
  06 Fevral 2020    Oxunub:1311
İstanbulun Sabiha Gökçən hava limanında baş vermiş qəzada yaralananlardan biri azərbaycanlıdır.
Azvision.az xəbər verir ki, bu barədə AZƏRTAC-a ölkəmizin İstanbuldakı Baş konsulluğundan məlumat verilib. Hazırda bu şəxsin kimliyi araşdırılır.

Qeyd edək ki, qəzaya uğramış təyyarədə Türkiyə ilə yanaşı, ABŞ, Çin, İraq və digər ölkələrin vətəndaşları olub.

Xatırladaq ki, İzmirdən İstanbula uçan sərnişin təyyarəsi Sabiha Gökçən hava limanında sərt eniş edərkən uçuş-enmə zolağından çıxıb və üç hissəyə parçalanıb.

Azvision.az


Teqlər: Türkiyə   İstanbul   Təyyarə   Qəza  





Xəbər lenti