(YENİ LAYİHƏ) Nəzrinin dünyası – QALEREYA

(YENİ LAYİHƏ) Nəzrinin dünyası – QALEREYA
  14 Mart 2013    Oxunub:2755
AzVision.az yeni layihə təqdim edir: Qalereya.Bu rubrikada biz sizi müasirlərimiz olan Azərbaycan rəssamlarının əsərlərilə tanış edəcəyik.
İlk qonağımız gənc rəssam Nəzrin Qasımlıdır.


Qasımlı Nəzrin Sadıq qızı 1990-cı ilin oktyabrın 25-də Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına daxil olub və 2012-ci ildə oranı hüqüqşünaslıq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. Hazırda Bakı Dövlət Universitetinin Beynəlxalq Hüqüq ixtisası üzrə magistraturada təhsil alır.
2001-ci ildən rəsm çəkir. Dərsləri fərdi şəkildə rəssam Larisa Povetkinadan alıb. 2007-ci və 2008-ci illərdə 2 fərdi sərgisi keçirilib.
Realizm üslubunda işləyir.
Sevdiyi rəssamların sırasında bunların adını çəkir: Vereşagin, Şişkin, Repin, Levitan, Mone, Deqa və digərləri...

Qalereya




Teqlər:  





Xəbər lenti