“Qarabağ və Kəşmir problemləri oxşardır” - Səfir

 “Qarabağ və Kəşmir problemləri oxşardır” -    Səfir
  05 Fevral 2020    Oxunub:3263
5 fevral - Kəşmir Həmrəylik Günü münasibətilə Pakistanın Azərbaycandakı səfirliyində tədbir keçirilib.

Azvision.az xəbər verir ki, Pakistanın Bakıdakı səfiri Said Xan Mohmand əvvəlcə bu gün münasibətilə Pakistan Prezidentinin və Baş Nazirinin müraciətini oxuyub.
Qeyd edib ki, Pakistan son 7 ildə öz müqəddəratını təyin etmək hüququ uğrunda mübarizə aparan, misilsiz qurbanlar verən Cammu və Kəşmir xalqı ilə həmrəyliyini ifadə edir. Səfirin sözlərinə görə, artıq 6 aydır ki, Kəşmir qeyri-insani mühasirəyə və rabitə blokadasına məruz qalıb.

"Hindistan əraziyə qoşun yerləşdirməklə 8 milyon kəşmirlini öz torpaqlarında əsirə çevirib. Pakistan hərbi mühasirənin və rabitə blokadasının ləğvini, Hindistanın qanunsuz hərəkətlərinin ləğvini tələb edir. Bölgədə məktəblər işləmir, internet kəsilib, turizm fəaliyyət göstərmir. Bölgə iqtisadi blokada altındadır, vəziyyət olduqca pisdir".

Diplomat beynəlxalq ictimaiyyəti Kəşmir xalqının insan hüquq və azadlıqlarının təmin olunmasında aktiv rol oynamağa çağırıb.

Səfir, həmçinin deyib ki, bu gün Azərbaycanın da əraziləri işğal altındadır, ölkənin bir milyona yaxın qaçqın və məcburi köçkünü var: "Dağlıq Qarabağ və Kəşmir məsələsi oxşar problemlərdir".

Said Xan Mohmand əlavə edib ki, BMT Təhlükəsizlik Şurası Kəşmirlə bağlı 11, Qarabağa dair 4 qətnamə qəbul etsə də, təəssüf ki, bunların heç biri yerinə yetirilməyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Pakistan   Səfir  





Xəbər lenti