Mehriban Əliyeva Əlibaba Məmmədovu təbrik edib - FOTO

   Mehriban Əliyeva Əlibaba Məmmədovu təbrik edib -    FOTO
  05 Fevral 2020    Oxunub:3155
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində Xalq artisti Əlibaba Məmmədovun 90 illik yubileyi və "Şərəf" ordeni alması münasibətilə paylaşım edib.
Azvision.az -ın məlumatına görə, paylaşımda deyilir: "Dərin tarixi köklərə malik Azərbaycan xanəndəlik məktəbinin layiqli davamçısı, Azərbaycan Respublikasının Xalq artisti Əlibaba Məmmədovu 90 illik yubileyi və "Şərəf" ordeni ilə təltif olunması münasibətilə səmimi-qəlbdən təbrik edirəm!

Özünəməxsus ifa üslubu, məlahətli səsi və yüksək səhnə mədəniyyəti Əlibaba Məmmədova bütün xalqımızın böyük sevgi və hörmətini qazandırmışdır. Zəngin təcrübəsindən istifadə edərək yeni xanəndələr nəslinin yetişdirilməsi üçün əlindən gələni əsirgəməyən Əlibaba Məmmədovun muğam ifaçılığı məktəbinin inkişaf etdirilməsində böyük xidmətləri var.

Bu əlamətdar gündə sevimli xanəndəmizə ən xoş arzularımı çatdırır, ona möhkəm cansağlığı və doğma və yaxınlarının əhatəsində firavan həyat arzulayıram".

Посмотреть эту публикацию в Instagram

Dərin tarixi köklərə malik Azərbaycan xanəndəlik məktəbinin layiqli davamçısı, Azərbaycan Respublikasının Xalq artisti Əlibaba Məmmədovu 90 illik yubileyi və “Şərəf” ordeni ilə təltif olunması münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Özünəməxsus ifa üslubu, məlahətli səsi və yüksək səhnə mədəniyyəti Əlibaba Məmmədova bütün xalqımızın böyük sevgi və hörmətini qazandırmışdır. Zəngin təcrübəsindən istifadə edərək yeni xanəndələr nəslinin yetişdirilməsi üçün əlindən gələni əsirgəməyən Əlibaba Məmmədovun muğam ifaçılığı məktəbinin inkişaf etdirilməsində böyük xidmətləri var. Bu əlamətdar gündə sevimli xanəndəmizə ən xoş arzularımı çatdırır, ona möhkəm cansağlığı və doğma və yaxınlarının əhatəsində firavan həyat arzulayıram. Искренне поздравляю достойного продолжателя азербайджанской школы ханенде, Народного артиста Азербайджанской Республики Алибабу Мамедова по случаю 90-летнего юбилея и награждения орденом «Шараф»! Оригинальная манера исполнения, мелодичный голос и высокая сценическая культура снискали ему всенародную любовь и уважение. Алибабе Мамедову, благодаря своему богатому опыту сделавшему все возможное для воспитания нового поколения ханенде, принадлежат большие заслуги в развитии школы исполнения мугама. В этот знаменательный день передаю нашему любимому ханенде свои наилучшие пожелания и желаю ему крепкого здоровья и счастливой жизни в окружении родных и близких. #MehribanƏliyeva #MehribanAliyeva #Azərbaycan

Публикация от Mehriban Aliyeva (@firstvicepresidentazerbaijan)



Azvision.az


Teqlər: Birincivitse-prezident   MehribanƏliyeva   ƏlibabaMəmmədov  





Xəbər lenti