Nazir və müavinləri üç rayonda qəbul keçirəcək

Nazir və müavinləri üç rayonda qəbul keçirəcək
  04 Fevral 2020    Oxunub:2410
Fevralın 18-də Energetika naziri Pərviz Şahbazov Salyan şəhərində vətəndaşları qəbul edəcək.
Energetika Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, qəbul saat 11:00-da Salyan rayon Heydər Əliyev Mərkəzində (ünvan: T.Xəlilbəyli küçəsi 136) keçiriləcək.

Fevralın 14-də isə Energetika nazirinin müavini Samir Vəliyev Gəncə şəhərində sakinlərlə görüşəcək. Qəbul saat 11:00-da Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Gəncə filialının inzibati binasında (Ünvan: Kəpəz rayonu, Gəncə-Bakı şosesinin kənarı) təşkil olunacaq. Həmin gün nazir müavini Elnur Soltanov isə Hacıqabulda vətəndaşları qəbul edəcək. Qəbul saat 10:00-da Hacıqabul rayon Heydər Əliyev Mərkəzində (ünvan: İsmət Qayıbov küçəsi 7) başlayacaq.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyat üçün Energetika Nazirliyinin [email protected] elektron poçt ünvanı, 598-16-53/54 (daxili: 1145, 1146) nömrəli telefon (əlaqələndirici şəxs Azər Rzayev), nazirliyin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, həmçinin Salyan və Hacıqabul rayonları üzrə Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Şirvan filialı (əlaqələndirici şəxs Ceyhun Rzayev, tel: (050) 225-34-86, email: [email protected], [email protected]), Gəncə şəhəri üzrə isə Agentliyin Gəncə filialı (əlaqələndirici şəxs Vüsal Paşayev, tel: (055) 233-97-99, email: [email protected], [email protected]) vasitəsilə müraciət edə bilərlər.

Bununla yanaşı, vətəndaşlar Nazirliyin www.minenergy.gov.az internet səhifəsindəki “Qəbula yazılmaq“ bölməsi və facebook səhifəsi vasitəsilə də qəbula yazıla bilərlər.

Azvision.az


Teqlər: Nazir   Qəbul  





Xəbər lenti