Yanvarda 107 nəfər dəm qazından zəhərlənib, ölən olmayıb - RƏSMİ

  Yanvarda 107 nəfər dəm qazından zəhərlənib, ölən olmayıb -    RƏSMİ
  04 Fevral 2020    Oxunub:3560
2020-ci ilin yanvar ayında 107 nəfər dəm qazı zəhərlənməsi ilə bağlı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə müraciət edib.
Bu barədə Azvision.az -a Mərkəzin Toksikologiya şöbəsinin müdiri, Azərbaycanın baş toksikoloqu Azər Maqsudov məlumat verib. O bildirib ki, müraciət edən şəxslərdən 43 nəfəri Mərkəzdə qəbul olunub.

“Ölüm hadisəsi baş verməyib. Qəbul edilənlərdən 6 nəfəri azyaşlı uşaq olub. Onların hamısı sağ-salamat evə buraxılıblar. Bundan əlavə, 3-ü qadın, 1-i olmaqla 4 nəfər sirkə turşusundan zəhərlənmə ilə bağlı müraciət edib. Ölüm halı olmayıb”.



A.Maqsudov, həmçinin qeyd edib ki, ötən ay 20 nəfərə yaxın şəxs allergik reaksiya ilə bağlı Mərkəzə müraciət edib: “Həmin şəxslərdə həkimin yazdığı dərmana qarşı həssaslıq olub və xoşgəlməyən allergik reaksiya olub. Bundan əlavə, 12 nəfər dərman zəhərlənməsi ilə müraciət edib. Dərman zəhərlənmələrində intihara cəhd faktı çox az olur. Əsasən kimisə qorxutmaq üçün dərman içilir və ya dərmanlar səhv salınır. Bundan əlavə, yanvar ayında sərxoş vəziyyətdə 31 nəfər şöbəyə gətirilib”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Azər-Maqsudov   Zəhərlənmə  





Xəbər lenti