Mehriban Əliyeva Polad Bülbüloğlunu təbrik edib

Mehriban Əliyeva Polad Bülbüloğlunu təbrik edib
  04 Fevral 2020    Oxunub:2368
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində Azərbaycan Respublikasının Xalq artisti, ölkəmizin Rusiya Federasiyasındakı Fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğunu 75 illiyi və “Heydər Əliyev” ordeni ilə təltif olunması münasibətilə paylaşım edib.
Azvision.az -ın məlumatına görə, paylaşımda deyilir:

"Azərbaycan Respublikasının Xalq artisti, ölkəmizin Rusiya Federasiyasındakı Fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğunu 75 illiyi və “Heydər Əliyev” ordeni ilə təltif olunması münasibətilə səmimi-qəlbdən təbrik edirəm!

Polad Bülbüloğlu yaradıcılığı insanların qəlbini mehribanlıq, nəciblik, yenilməz ruh yüksəkliyi kimi hisslərlə əhatə edir. Qeyri-adi istedadı və tükənməz enerjisi ona zaman çərçivəsi ilə məhdudlaşmayan gözəl əsərlər yaratmağa imkan vermişdir. Onun mahnıları müxtəlif nəslin nümayəndələri tərəfindən çox sevilir.

Dost və pərəstişkarlarının sevgi və hörmətini qazanmış parlaq və istedadlı şəxsiyyət Polad Bülbüloğluna möhkəm cansağlığı, doğma və yaxınlarının əhatəsində firavan həyat arzulayıram!"

Azvision.az



Teqlər: Birincivitse-prezident   MehribanƏliyeva  





Xəbər lenti