Sahib Alıyev təxribatçıları ifşa etdi: “Mafiozların əlində alətdirlər” - VİDEO
Sahib Alıyev şəhid oğlu olan həmin şəxsin atasının ruhu qarşısında baş əydiyini deyərək, təəssüflə bildirib ki, onun özü hər vəchlə Tərtərdə seçki prosesinin gedişini pozmağa çalışan bəzi mafiozların əlində alətə çevirilib.
Deputatlığa namizəd bildirib ki, Tərtərdə Mədəniyyət Mərkəzində gənclərlə keçirdiyi görüşə gələnlərin də məqsədi bu idi: “O görüşdə sözü gedən şəxs yenə çılğınlıq edərək qarışıqlıq salmaq istədi, mən onu axıradək səbrlə dinləyib cavabını verdikdən sonra isə əlimi sıxıb getdi. Düşündüm, yəqin, səhvini anladı. Həm də anladı ki, qarşısındakını heç cür şantaj etmək mümkün deyil. Və mənim Tərtər camaatı qarşısında üzüm ağ, alınım açıqdır. Onlara ləyaqətlə xidmət etmişəm, əgər yenidən deputat seçəcəklərsə, indən sonra da o cür ləyaqətlə xidmət etməyə hazıram.
Bilirsiniz, burada kimin kim olduğunu, nə baş verdiyini və niyə baş verdiyini hər kəs yaxşı bilir. Amma haylara açıq dəstək verən çevrələrə bağlı sayt və səhifələr buradan həmən Ziya Mahmudova və digərlərinə dayanaraq təhrif edilmiş materiallar yayırlar. Soruşuram, həmin materialların heç birində niyə mənim cavablarım getmir, ən yaxşı halda isə kəsilmiş halda verilrir. Ona görə ki, onda real vəziyyət görünər. Görünər ki, Sahib Alıyev kimdir, onun nüfuzuna xələl gətirməyə çalışanlar və onların arxasında dayananlar kim.
Bir sıra hallarda başında duranlarn xaricdəki bəlli çevrə və strukturlara xidmət edən o sayt və səhifələrin canfəşanlığına gəldikdə isə burada məqsəd birincisi, Azərbaycanda keçirilən parlament seçkisinin demokratikliyini şübhə altında qoymaqdır. Bunun ardından isə Dağlıq Qarabağdakı uydurma rejimin keçirilməsi planlaşdırılan qanunsuz seçkisinin "demokratikliyi"ndən dəm vurulacaq. Bunun nəyə görə lazım olduğu isə hər kəsə aydındır.
Təbii ki, burada mənim kimliyim də az rol oynamır. Çünki mən o deputatlardan olmuşam ki, həmən sayt və səhifələri yönləndirən və yönəldənlərin dövlətimiz haqda yaydıqları şər-böhtana açıq mövqe ortaya qoymaqla çəkinmədən cavab vermişəm, indən sonra da verəcəyəm. Mən dövlətimin əsgəriyəm, həmişə də əsgəri olaraq qalacağam!
Teqlər: Seçki Tərtər Sahib-Alıyev