12 ilə tikilən, Sovet dönəmində anbar kimi istifadə olunan məscid - FOTOREPORTAJ

12 ilə tikilən, Sovet dönəmində anbar kimi istifadə olunan məscid -  FOTOREPORTAJ
  03 Fevral 2020    Oxunub:13725
Bakının Hövsan qəsəbəsində yerləşən İmam Hüccət İbnilhəsən məscidi 20-ci əsrin ilk 10 illiyində dağlı məhəlləsində inşa olunub. İbadətgah Hüccət İbnilhəsən adına olsa da, əhali arasında daha çox "Yuxarı Məscid" kimi adlanır.
Azvision.az xəbər verir ki, məscidin tikintisi 1905-ci ildən başlayıb, mərhələli şəkildə 1917-ci ilə kimi davam edib.

Məscid kənd sakinlərinin şəxsi vəsaiti hesabına tikilib. Sovet hakimiyyəti dövründə anbar kimi istifadə olunub. 1980-ci illərin sonundan məscidin fəaliyyəti bərpa edilib.

Hazırda İmam Hüccət İbnilhəsən məscidi Hövsanda insanların ibadət etdiyi əsas məscidlərdən biridir.






































Foto: Şahin Sərdarov
Azvision.az


Teqlər: Hövsan   Məscid  





Xəbər lenti