YAP-ın seçki fonduna daxil olan vəsait açıqlandı

YAP-ın seçki fonduna daxil olan vəsait açıqlandı
  03 Fevral 2020    Oxunub:2850
Milli Məclisə seçkilərdə Yeni Azərbaycan Partiyasının (YAP) xüsusi seçki fonduna daxil olan vəsaitin məbləği açıqlanıb.
Azvision.az xəbər verir ki, partiya bununla bağlı hesabat ını Mərkəzi Seçki Komissiyasına təqdim edib.

Maliyyə hesabatına əsasən, partiyanın xüsusi seçki fonduna fiziki şəxslərin könüllü ianəsi hesabına daxil olan vəsaitin məbləği 453 300 manat təşkil edib.

Qeyd edək ki, Azərbaycanda Milli Məclisə seçkilər fevralın 9-da keçiriləcək.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: YAP   Seçki   Hesabat  





Xəbər lenti