Rusiya və NATO generallarının Bakı görüşünün vaxtı açıqlandı

 Rusiya və NATO generallarının Bakı görüşünün vaxtı açıqlandı
  02 Fevral 2020    Oxunub:3132
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali komandanı Tod Uolters arasında görüşün fevralın 6-7-də Bakıda keçirilməsi gözlənilir.
Azvision.az xəbər verir ki, bu barədə “RİA Novosti”-yə diplomatik mənbələrdən məlumat verilib. Lakin görüşün gündəliyi açıqlanmayıb.

Qeyd edək ki, Rusiya-NATO formatında əvvəlki görüş noyabrın 26-da Bakıda keçirilib.

Azvision.az



Teqlər: NATO   Rusiya   General  





Xəbər lenti