Gənclər Heydər Əliyevin məzarını ziyarət etdilər

Gənclər Heydər Əliyevin məzarını ziyarət etdilər
  02 Fevral 2020    Oxunub:2439
Hər il fevralın 2-si ölkəmizdə Azərbaycan Gəncləri Günü kimi qeyd olunur.
Azvision.az xəbər verir ki, bu münasibətlə Gənclər və İdman Nazirliyinin kollektivi, gənclər təşkilatlarının nümayəndələri və gənclər Fəxri xiyabana gələrək, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin xatirəsini anıb, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn gənclər ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil, məzarları üzərinə gül dəstələri qoyublar.

Azvision.az



Teqlər: Heydər-Əliyev   Gənclər-Günü  





Xəbər lenti