Ötən ay 463 ədəd partlamamış hərbi sursat tapılıb
Yanvar ayı ərzində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən - 4 (dörd), Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) ″102″ Xidməti-Zəng mərkəzi sistemindən - 15 (on beş), Dövlət Sərhəd Xidmətindən (DSX) - 5 (beş) və Rayon Polis şöbələrindən (RPŞ) - 1 (bir) müraciət daxil olub (cəmi: 25 çağırış).
Müraciətlər əsasında DİN-in, FHN-in, Səhiyyə Nazirliyinin və DSX-nin əməkdaşları ilə birlikdə 21 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub. Nəticədə Ağcabədi, Ağstafa, Füzuli, Göygöl, Xızı, Qazax, Qaradağ, Sabirabad, Tovuz rayonları, Bakı, Gəncə və Sumqayıt şəhərləri ərazisində 22 236 m² ərazi yoxlanılmış, 50 ədəd partlamamış hərbi sursat (PHS), 3 ədəd piyada əleyhinə mina, 1 ədəd tank əleyhinə mina (cəmi: 54 ədəd) və 3 937 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.
Ümumiyyətlə, Agentliyin 21 ildən artıq fəaliyyəti ərzində 542 459 167 m² (54 246 ha) ərazi təmizlənib, 806 326 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib.
2020-ci ilin yanvar ayı ərzində Qaradağ rayonu ərazisində mina hadisəsi qeydə alınıb, nəticədə 1 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Azvision.az