Miqrasiya Xidməti əməkdaşları arasında yarış keçirilib

Miqrasiya Xidməti əməkdaşları arasında yarış keçirilib
  01 Fevral 2020    Oxunub:2389
2 fevral Gənclər günü ərəfəsində Dövlət Miqrasiya Xidməti əməkdaşları arasında boulinq üzrə yarış keçirilib.
Azvision.az xəbər verir ki, Miqrasiya könüllülərinin də iştirak etdiyi tədbirdə 16 komanda mübarizə aparıb. DMX-nin Həmkarlar İttifaqı komitəsi ilə birgə təşkil olunan yarışda DMX-nin Vətəndaşlıq məsələləri baş idarəsinin “Strike” komandası 1-ci yerə layiq görülüb.

Miqrasiya nəzarəti baş idarəsinin “Leqal” və Bakı Regional miqrasiya idarəsinin “Lucky Strike” komandaları müvafiq olaraq 2-ci və 3-cü yerə çıxıblar. Fərdi xal hesabına görə kişilər arasında Rişad Zeynalov, qadınların yarışında isə Samirə Musayeva ən yüksək nəticə göstəriblər. Qalib və mükafatçılar diplomlarla təltif ediliblər.

Yarışların ən gənc və fəal üzvü Leyla Əliyeva və ən yaşlı iştirakçısı Misirxan Heydərova da diplomlar təqdim olunub.

Azvision.az



Teqlər: Miqrasiya-Xidməti  





Xəbər lenti