Ən çox və ən az namizədin qeydə alındığı seçki dairələri
Bu seçki dairəsində deputatlığa 23 namizəd var. Deputatlığa ən az namizəd isə 1 saylı Şərur-Sədərək, 2 saylı Şərur, 3 saylı Babək-Kəngərli-Naxçıvan və 4 saylı Naxçıvan Şəhər seçki dairələrində qeydə alınıb. Bu seçki dairələrinin hər birində deputatlığa 3 namizəd var.
Xatırladaq ki, hazırda deputatlığa 1325 namizəd var. Yanvarın 31-də deputatlığa namizədliyin geri götürülməsi halı qeydə alınmayıb. Yanvarın 31-dək olan dövrdə isə deputatlığa namizədliyi qeydə alınmış 1637 nəfərdən 312-si namizədliyini geri götürüb.
Azvision.az
Teqlər: MSK Seçki Namizəd Deputat