Cinayət törədən 51 nəfər saxlanılıb

Cinayət törədən 51 nəfər saxlanılıb
  01 Fevral 2020    Oxunub:1875
2020-ci il yanvar ayının 31-dən fevralın 1-dək daxili işlər orqanlarında qeydə alınan cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilən 36 cinayətin üstü “isti izlər”lə açılıb.Əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 31 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 28 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti