Əlilliyi olan şəxslərlə bağlı tədbirlər müəyyənləşib
Sənədə əsasən, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtının təşkili məqsədi ilə bu il də onların istirahət zonalarına göndərilməsi, sosial xidmət müəssisələrinə texniki yardımın göstərilməsi nəzərdə tutulur.
Proqramda cari ildə əlilliyi olan şəxslərin stolüstü idman oyunları üzrə ümumrespublika yarışlarının təşkili, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası, onlara bərabər imkanların yaradılması ilə bağlı layihələrin dəstəklənməsi və s. də yer alıb. Bu layihələrə sağlamlıq imkanları məhdud uşaqların xüsusi proqramlarla idman, incəsənət və xalq sənəti növlərini öyrənmələrinə yardım edilməsi, eşitmə və nitq qabiliyyəti olmayan uşaqlara surdoloji xidmətlərin göstərilməsi və s. daxildir.
Azvision.az