AZAL-ın yeni “qara siyahı”sı - 10 nəfər əfv edildi

  AZAL-ın yeni “qara siyahı”sı -    10 nəfər əfv edildi
  01 Fevral 2020    Oxunub:4503
Hazırda “Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) “qara siyahı”sına 176 nəfər daxildir.
Bu barədə Azvision.az -ın sorğusuna cavab olaraq AZAL-dan məlumat verilib. Bildirilib ki, 2020-ci il 1 yanvar tarixindən etibarən siyahıdan 10 nəfərin adı çıxarılıb.

AZAL xatırladır ki, sərnişinlər aviasiya təhlükəsizliyinin müəyyən olunmuş normaları, qaydaları və tələblərini pozduğu halda məsuliyyət daşıyır.

"Hava gəmisinin göyərtəsində sərnişinin davranışı digər sərnişinlər, əşyalar, hava gəmisi və ya onun ekipajı üçün təhlükə törətməməlidir. Uçuş zamanı havagəmisində sərnişinlərə siqaret çəkmək, göyərtədə sərxoş vəziyyətdə olmaq, təyyarənin qalxması və enişi zamanı elektron vasitələrdən istifadə etmək qadağandır. Telefon cihazından yalnız uçuş rejimini aktivləşdirdikdə istifadə etmək mümkündür. Sərnişin bu qayda pozuntularına yol verdikdə ona qarşı akt tərtib olunur və o, aviaşirkətin “Arzuolunmaz sərnişinlər siyahısı”na daxil edilir", - deyə məlumatda qeyd olunub.

Aytən Zəhra
Azvision.az


Teqlər: AZAL  





Xəbər lenti