Prezident üç nəfərə “Şöhrət” ordeni verdi

   Prezident üç nəfərə “Şöhrət” ordeni verdi
  31 Yanvar 2020    Oxunub:3211
Prezident İlham Əliyev üç nəfərin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, sərəncamla Azərbaycan Respublikası ilə Rusiya Federasiyası, o cümlədən Azərbaycan və Dağıstan xalqları arasında dostluq əlaqələrinin inkişafında səmərəli fəaliyyətinə görə Maqomed Səidoviç Qurbanov “Şöhrət” ordeni ilə təltif edilib.

Bundan başqa, Azərbaycanda elmin inkişafında xidmətlərinə görə Fuad Yusif oğlu Əliyev və Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Şahin Məhərrəm oğlu Əliyev “Şöhrət” ordeni ilə təltif olunublar.

Azvision.az


Teqlər: Prezident   İlhamƏliyev  





Xəbər lenti