Bakıda piyada keçidlərinin işıqlandırılmasına başlanılıb

Bakıda piyada keçidlərinin işıqlandırılmasına başlanılıb
  31 Yanvar 2020    Oxunub:2755
Bakı şəhərində piyada təhlükəsizliyi səviyyəsinin artırılması istiqamətində tədbirlər davam etdirilir.
Bakı Nəqliyyat Agentliyindən (BNA) Azvision.az -a verilən məlumata görə, bu çərçivədə, eyni səviyyəli piyada keçidlərinin əlavə işıq effektlərindən istifadə olunmaqla işıqlandırılmasına başlanılıb.

Bununla da həm günün qaranlıq saatlarında, həm də görüntünün məhdud olduğu pis hava şəraitində yol nişanlamalarının daha görünən olması asanlaşacaq. Yeniliyin tətbiqi ilə piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini daha yaxşı təmin etmək mümkün olacaq.

İlk olaraq Üzeyir Hacıbəyov və Puşkin küçələrinin kəsişməsində tətbiq edilən yenilik gələcəkdə digər yollarda xüsusən, ətraf kənd və qəsəbələrdəki yollarda da tətbiq ediləcək.

Azvision.az


Teqlər: BNA   İşıqfor  





Xəbər lenti