MSK Mehman Hüseynova xəbərdarlıq etdi

MSK Mehman Hüseynova xəbərdarlıq etdi
  31 Yanvar 2020    Oxunub:2897
Mərkəzi Seçki Komissiyası (MSK) bloger Mehman Hüseynovun seçicilərin deputatlığa namizəd Kəmaləddin Qafarovu tanımadığı iddiası ilə hazırladığı videogörüntüyə münasibət bildirib.
Azvision.az xəbər verir ki, bu barədə MSK-nın iclasında komissiya üzvü Qabil Orucov məlumat verib. İclasda K.Qafarovun səlahiyyətli nümayəndəsi Sevinc Abdullayevanın müraciətinə baxılıb və müraciət əsasında müzakirələr aparılıb.

Q.Orucovun sözlərinə görə, 9 saylı Binəqədi ikinci seçki dairəsindən deputatlığa namizəd Ülvi Həsənovun səlahiyyətli nümayəndəsi Mehman Hüseynov blogerlik fəaliyyəti adı altında Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən həmin dairədən deputatlığa namizədliyi irəli sürülmüş Kəmaləddin Qafarova qarşı hər cür kampaniya aparmağa çalışır.

Qeyd olunub ki, M.Hüseynovun özü də namizəd olduğu halda digər namizəd haqqında belə bir kampaniya aparması yolverilməzdir.

Müzakirələrdən sonra MSK Ü.Həsənov və M.Hüseynova xəbərdarlıq olunması ilə bağlı qərar qəbul edib.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Seçki   Parlament   Deputat  





Xəbər lenti