Bakı-Pirşağı elektrik qatarlarının reysləri artırılır

Bakı-Pirşağı elektrik qatarlarının reysləri artırılır
  31 Yanvar 2020    Oxunub:2004
Fevralın 3-dən Bakı-Pirşağı-Bakı elektrik qatarları yeni cədvəl üzrə hərəkət edəcək.
“Azərbaycan Dəmir Yolları” QSC-dən Azvision.az -a verilən məlumata görə, sərnişindaşımaya artan tələbatı təmin etmək məqsədi ilə həmin istiqamətdə hərəkət edən qatarların sayı artırılacaq. Bir istiqamətdə 15 qatar olmaqla, hərəkət qrafikində dəyişiklik ediləcək.

Hazırda isə gün ərzində bir istiqamətdə cəmi 8 qatar hərəkətdədir.

Azvision.az


Teqlər: Bakı   Pirşağı   Qatar  





Xəbər lenti