Miqrasiya işçiləri üçün tədris kursları keçirilib - FOTOLAR

Miqrasiya işçiləri üçün tədris kursları keçirilib -    FOTOLAR
  31 Yanvar 2020    Oxunub:2898
Dövlət Miqrasiya Xidmətinin struktur bölmələrində çalışan və “ASAN xidmət” mərkəzlərinə ezam edilmiş işçilər peşə hazırlığının yüksəldilməsi məqsədilə Dövlət Miqrasiya Xidmətinin Təlim-tədris mərkəzində təlimlərə cəlb olunublar.
DMX-dan Azvision.az -a verilən məlumata görə, kurs çərçivəsində işçilərə “Vətəndaşların qəbulu və müraciətlərinə baxılması qaydaları, bu sahədə qanunvericiliyin tələbləri və qarşıda duran vəzifələr”, “Azərbaycan Respublikasında müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi qaydaları”, “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında əmək fəaliyyəti və iş icazələri”, “Azərbaycan Respublikasının vətəndaşlığının əldə edilməsi və şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydaları”, həmçinin “Etik davranış qaydaları və korrupsiyaya qarşı mübarizə texnikaları” mövzuları üzrə mühazirə və seminarlar təşkil olunub.



Təlim prosesində mövzulara dair dinləyiciləri maraqlandıran suallar təlimçilər tərəfindən cavablandırılıb, fəaliyyət istiqamətlərinə dair fikir mübadiləsi aparılıb. Kursun sonunda dinləyicilərin dinləmə və qavrama səviyyəsinin yoxlanılması məqsədilə imtahan, həmçinin təlimin və təlimçilərin qiymətləndirilməsi üçün sorğular keçirilib.



Azvision.az


Teqlər: DMX  





Xəbər lenti