“Bahalı əməliyyatlarla bağlı 700 müraciət daxil olub” - Dövlət Agentliyi

 “Bahalı əməliyyatlarla bağlı 700 müraciət daxil olub” -   Dövlət Agentliyi
  30 Yanvar 2020    Oxunub:2952
Cari ilin əvvəlindən bu günə qədər şimal bölgəsində tətbiqinə başlanılan icbari tibbi sığorta ilə bağlı nəticələr qənaətbəxşdir. 1 aya yaxın zamanda tibb müəssisələrinə daxil olan müraciətlərin sayı 2-3 dəfə artıb.
Azvision.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi İddialar Departamentinin rəhbəri Vüqar Qurbanov deyib. Onun sözlərinə görə, həmin bölgədən 700-ə yaxın bahalı əməliyyatlarla bağlı müraciət daxil olub və onların hər biri dəyərləndirilir.

"İcbari tibbi sığorta haqları üzrə aprel ayının 1-dən yığımlara başlanılacaq. Dövlət tərəfindən təqdim ili çərçivəsində adambaşına 90 manat icbari tibbi sığorta haqqı ayrılacaq. İki və daha çox yerdə işləyən, iki və daha çox mənbədən gəliri olan şəxslər hər iş və gəlir üzrə icbari tibbi sığorta haqqı ödəməlidir".

Departament rəhbəri qeyd edib ki, bir terapevt ailə həkiminə 1800-2500 şəxs, pediatr ailə həkiminə isə 800-ə qədər uşaq təhkim olunacaq.

"Vətəndaş xəstəxanaya gələrkən mütləq şəxsiyyət vəsiqəsini təqdim edib qeydiyyatdan keçməlidir. Xəstə xəstəxanaya müraciət edərək, mənim burada yatmağıma icazə verin deyə bilməz. Buna ixtisaslı həkimlər qərar verməlidirlər".

Aytən Zəhra
Azvision.az


Teqlər: Sığorta   Agentlik   Xəstə  





Xəbər lenti