Sabirabadda 57 yaşlı kişi Kürdə batıb

  29 Yanvar 2020    Oxunub : 1235
Sabirabadda 57 yaşlı kişi Kürdə batıb
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sabirabad rayonunun Poladtuğay kəndində, Kür çayına düşdüyü ehtimal olunan 1963-ci il təvəllüdlü Aslanov Cəmaləddin Zöhrab oğlunun axtarışlarının aparılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Azvision.az

Teqlər: FHN   Sabirabad