Kart sisteminə keçəcək növbəti avtobuslar məlum oldu

Kart sisteminə keçəcək növbəti avtobuslar məlum oldu
  28 Yanvar 2020    Oxunub:2112
Yanvarın 30-dan 67 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar “BakıKart” sisteminə keçdikdən sonra növbədə 77 və 26 nömrəli avtobuslar olacaq.
Azvision.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

Onun sözlərinə görə, fevraldan isə avtobusların “BakıKart”a inteqrasiyası daha da sürətlənəcək. Bu ilin birinci yarısınadək “BakıKart” sisteminə keçid prosesinin yekunlaşması gözlənilir.

Azvision.az



Teqlər: BNA   Avtobus   Kart  





Xəbər lenti