Ağsuda vətəndaşlara pulsuz hüquqi yardım göstəriləcək

  28 Yanvar 2020    Oxunub : 1119
Ağsuda vətəndaşlara pulsuz hüquqi yardım göstəriləcək
Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Prezident İlham Əliyevin 2018-ci il fevralın 22-də imzaladığı “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncama əsasən, hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslərə ödənişsiz hüquqi xidmətlərin göstərilməsini davam etdirir.
Vəkillər Kollegiyasından Azvision.az -a verilən məlumata görə, silsilə tədbirlər çərçivəsində fevralın 1-də saat 10:00-13:00-dək “Mirzəyev və partnyorları” vəkil bürosu tərəfindən Ağsu Rayon Uşaq Gənclər İnkişaf Mərkəzində Ağsu və ətraf rayonlarda yaşayan vətəndaşlara ödənişsiz hüquqi yardım göstərilməsi nəzərdə tutulub.

Xatırladaq ki, dövlətimizin başçısının Sərəncamına əsasən, Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlərin göstərilməsi tövsiyə edilib. Bu tövsiyənin icrası ilə əlaqədar müvafiq tədbirlər respublikanın digər regionlarında da müntəzəm olaraq təşkil olunacaq.

Azvision.az

Teqlər: VəkillərKollegiyası