Bir gündə “ASAN xidmət”də 408 nikah qeydə alınır

Bir gündə “ASAN xidmət”də 408 nikah qeydə alınır
  28 Yanvar 2020    Oxunub:8502
Bir gün ərzində “ASAN xidmət”də 408 nikah qeydə alınır.

Azvision.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev "ASAN xidmət"in 2019-cu ildəki fəaliyyətinə və cari ildəki planlara dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, ümumilikdə ötən il “ASAN xidmət” mərkəzlərində 102 241 nikah qeydə alınıb.

Agentlik sədri, həmçinin vurğulayıb ki, hər gün “ASAN xidmət”də 3718 şəxsiyyət vəsiqəsi verilir. Ötən illə müqayisədə şəxsiyyət vəsiqələrinin verilməsində 50 faiz artım var.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: ASANxidmət   ÜlviMehdiyev  





Xəbər lenti