Ucarda qəza 300 evi qazsız qoydu

Ucarda qəza 300 evi qazsız qoydu
  28 Yanvar 2020    Oxunub:3185
Yanvarın 28-də səhər saatlarında Zərdab pambıqtəmizləmə zavoduna məxsus texnika Ucar rayonun Qazyan kəndi ərazisində diametri 108 mm olan yerüstü qaz xəttinin üzərinə aşıb.
"Azəriqaz" İB-dən Azvision.az -a verilən məlumata görə, nəticədə qaz xətti qırılıb.

Qəzyan kəndinin bir hissəsi – təqribən 300 abonentin qaz təminatında fasilə yaranıb. Hadisənin səbəbləri araşdırılır və fəsadların tezliklə aradan qaldırılması üçün tədbirlərin görülməsinə başlanılıb.

Azvision.az


Teqlər: Azeriqaz  





Xəbər lenti