Naxçıvan Qarnizonu qoşunlarında toplantılar davam edir

Naxçıvan Qarnizonu qoşunlarında toplantılar davam edir
  27 Yanvar 2020    Oxunub:1621
Naxçıvan Qarnizonu qoşunlarında müxtəlif ixtisaslar üzrə keçirilən toplantılar davam edir.
Azvision.az Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətinə istinadən xəbər verir ki, yeni tədris ilinə hazırlıq planına uyğun olaraq bölük, batareya komandirləri və müavinləri ilə keçirilən toplantıda zabitlərin döyüş zamanı tabelikdə olan bölmələri idarəetmə bacarıqları və ixtisas hazırlıqları yoxlanılıb.

Nümayiş məşğələlərinə daha çox yer verildiyi toplantıda taktiki-sıra və sıra hazırlığı məşğələlərinin təşkili, hazırlanması və keçirilməsi metodikası göstərilib.

Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində keçirilən dərslər zamanı hüquq hazırlığından “Bölmələrdə cinayət hadisələrinin baş vermədən qarşısının alınması”, mənəvi-psixoloji hazırlıqdan “Hərbi kollektivi idarəetmə psixologiyası” mövzularında mühazirələr oxunub.

Digər ixtisaslı hərbi qulluqçuların cəlb olunduğu toplantılar davam edir.

Azvision.az


Teqlər: Naxçıvan   Qoşun   Qarnizon  





Xəbər lenti