MSK-dan Müsavatın pulsuz efir tələbinə münasibət

  27 Yanvar 2020    Oxunub : 1863
MSK-dan Müsavatın pulsuz efir tələbinə münasibət
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Müsavat Partiyasının İctimai Televiziya və Radio Yayımları şirkətində pulsuz efir vaxtı tələb etməsi ilə bağlı məsələyə münasibət bildirib.
Azvision.az -ın məlumatına görə, M.Pənahov deyib ki, bununla bağlı partiya MSK-ya müraciət ünvanlayıb.

MSK sədrinin sözlərinə görə, müraciətdə qeyd edilib ki, partiyanın 64 dairədən namizədləri qeydə alınıb, ancaq pulsuz efir vaxtı verilmir: “Qanunvericiliyə görə, partiya tərəfindən 60-dan çox namizədi irəli sürülən partiyalara pulsuz efir vaxtı verilir. Ancaq onlardan öz təşəbbüsü ilə namizədliyini irəli sürənlər var. Onlar fikirləşirlər ki, hay-küy qaldırmaqla bu məsələ həll olacaq. Qanunverciliyin tələbi nədirsə, MSK ona uyğun addım atır. Hay-küy qaldırmaqla bizi nəyəsə məcbur etmək olmaz”.

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: MSK   Seçki   Parlament   Müsavat