"Bu cür mübarizə yolverilməzdir" - Məzahir Pənahov

  27 Yanvar 2020    Oxunub : 1538
 "Bu cür mübarizə yolverilməzdir" - Məzahir Pənahov
Bəzi namizədlər bir-birilərinə qarşı iradlar tutub sosial şəbəkələrdə yayırlar.
Azvision.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

M.Pənahov bildirib ki, yerlərdə bir namizəd digər bir namizədi görəndə qrup halında ona irad tutub, sonra da bunu sosial şəbəkələrdə yayaraq mübarizə aparırlar: “Bu cür mübarizə yolverilməzdir. Biz istəmirik ki, belə şeyləri deyək, amma məcburuq”.

MSK sədrinin müavini Rövzət Qasımov isə bəzi namizədləri ədalətli olmağa, seçiciləri hansısa yolla ələ almamağa çağırıb. Vurğulayıb ki, deputatlığa namizədlər öz qələbələrini başqalarının məğlubiyyəti üzərində qurmamalıdır.

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: MSK   Seçki   Parlament