Seçkidə “exit poll” keçirəcək ilk təşkilat qeydə alındı

  27 Yanvar 2020    Oxunub : 1535
Seçkidə “exit poll” keçirəcək ilk təşkilat qeydə alındı
2020-ci il fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində "exit poll" keçirmək niyyətində olan ilk təşkilat məlum olub.
Azvision.az xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında bildirilib. İclasda seçkilərdə "exit poll" keçirmək niyyətində olan qurumun müraciətinə baxılıb.

Qeyd olunub ki, Əmək Hüquqlarının Müdafiə Liqası "AJF&Associates İnc.” təşkilatı (Amerika Birləşmiş Ştatları) ilə birgə "exit poll" keçirmək üçün MSK-ya müraciət edib.

MSK sədrinin müavini Rövzət Qasımov bildirib ki, bu təşkilatlar Azərbaycanda əvvəlki seçkilərdə də exit-poll keçirib və etibarlı nəticələr əldə edib. Onun sözlərinə görə, təşkilatın ölkəmizdə keçirəcəyi "exit poll" 118 dairə üzrə 1053 seçki məntəqəsini əhatə edəcək.

Məsələ müzakirələrdən sonra səsverməyə çıxarılıb. Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının "AJF&Associates İnc.” təşkilatı (Amerika Birləşmiş Ştatları) ilə birgə “exit poll” keçirəcək qurum kimi qeydə alınıb.

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: MSK   Seçki   Parlament