Bakıda hərbçilər üçün bir həftəlik kurs keçirilir

Bakıda hərbçilər üçün bir həftəlik kurs keçirilir
  27 Yanvar 2020    Oxunub:2648
Bu gün Bakıda yüksək səviyyəli müdafiə və təhlükəsizlik nümayəndələri üçün bir həftəlik kursun açılışı olub.
Azvision.az xəbər verir ki, kurs Böyük Britaniya Müdafiə Akademiyasının nümayəndəsi, polkovnik Daren Hughes və Kranfild Universitetinin professoru Laura Kleyer tərəfindən aparılır.

Açılışda çıxış edən Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Bakıda belə kursların təşkilindən məmnun olduğunu deyib. O, Britaniya ilə Azərbaycan arasında qeyd edilən sahədə əməkdaşlıqdan danışıb, əlavə edib ki, Azərbaycan və Gürcüstanın yüksək səviyyəli müdafiə və təhlükəsizlik nümayəndələri üçün start verilən bir həftəlik kurslar tərəfdaşlığın davamıdır. Kurs iştirakçıları müdafiə və təhlükəsizlik sistemlərinin idarə edilməsində peşəkar bilik və təhlil bacarıqlarını genişləndirəcəklər.



Daha sonra müdafiə attaşesinin müavini, mayor Uilyam Corc və Azərbaycan Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəis müavini, polkovnik Mirzə Abdulllayev, eləcə də britaniyalı mütəxəssislər çıxış ediblər.

M.Abdullayev kursun təşkilinə görə təşəkkür edib və bunun hərbçilər üçün əhəmiyyətli olacağına inamını ifadə edib.



Pərvanə Sultanova
Azvision.az


Teqlər: Britaniya  





Xəbər lenti