Bu gün AŞPA-nın qış sessiyası işə başlayır

   Bu gün AŞPA-nın qış sessiyası işə başlayır
  27 Yanvar 2020    Oxunub:2340
Bu gün Fransanın Strasburq şəhərində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası işə başlayacaq. Sessiya yanvarın 27-dən 31-dək davam edəcək.
Azvision.az xəbər verir ki, sessiyada Büronun və Daimi Komitənin görülmüş işlərə dair hesabatı dinləniləcək, Belarusda keçirilmiş parlament seçkilərinin nəticələri, Polşada demokratik institutların fəaliyyəti, Avropada jurnalistlərin təhlükəsizliyi, media azadlığı və digər mövzularda müzakirələr aparılacaq.

Sessiyada Milli Məclisin AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılıq etdiyi nümayəndə heyəti iştirak edəcək. Nümayəndə heyətinə deputatlardan Sevinc Fətəliyeva, Sahibə Qafarova, Rafael Hüseynov, Asim Mollazadə, Sabir Hacıyev və Naqif Həmzəyev daxildir. Azərbaycan deputatları müzakirələrdə çıxış edəcək, gündəlikdəki məsələlərə münasibət bildirəcəklər.

Bundan əlavə, sessiya çərçivəsində yanvarın 28-də Azərbaycan nümayəndə heyətinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçiriləcək.

Azvision.az


Teqlər: AŞPA  





Xəbər lenti