Türkiyədən təxliyə edilən tələbələr artıq Bakıdadır - Yenilənib
Azvision.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov məlumat verib. O bildirib ki, Azərbaycan vətəndaşlarını gətirən təyyarə artıq Bakı Hava Limanında yerə enib.
***
(15:48)
Türkiyədə zəlzələ zonasından Naxçıvana təxliyə edilən azərbaycanlı tələbələr təyyarə ilə Bakıya yola salınıb.
Azvision.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov məlumat verib. Onun sözlərinə görə, təyyarə ilə ümumilikdə 102 tələbə Bakıya gətirilir.
Azvision.az
Teqlər: Nazirlər-Kabineti Təyyarə Naxçıvan