AZAL: Tələbələr xüsusi reyslə Bakıya çatdırılacaq

    AZAL:  Tələbələr xüsusi reyslə Bakıya çatdırılacaq
  26 Yanvar 2020    Oxunub:2462
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə baş verən zəlzələ bölgəsində təhsil alan azərbaycanlı tələbələrin təxliyəsi üçün tədbirlər görülür.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, avtobusla Naxçıvana gətirildikdən sonra tələbələr “Azərbaycan Hava Yolları” tərəfindən xüsusi reyslə Bakıya çatdırılacaq. Təxliyə olunmuş tələbələrin sayının 80 nəfər olacağı gözlənilir.

Azvision.az


Teqlər: AZAL   Tələbə  





Xəbər lenti