105 Azərbaycan vətəndaşı zəlzələ zonasından təxliyyə edilib - FOTO

 105 Azərbaycan vətəndaşı zəlzələ zonasından təxliyyə edilib  -  FOTO
  26 Yanvar 2020    Oxunub:4277
Azərbaycan vətəndaşlarının Türkiyədəki zəlzələ zonasından təxliyyəsi prosesi bütün gecə ərzində davam edib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Elazığ və Malatiyadan gələn avtobuslar səhər saat 5-6 radələrində İğdıra çatıblar.

Vətəndaşlarımız nahar etdikdən sonra Naxçıvandan göndərilmiş avtobuslara köçürülüblər. Üç avtobusdan birincisi artıq Naxçıvana çatıb. İkinci avtobus Naxçıvana çox yaxındır. Üçüncü avtobus isə təqribən 2 saata Naxçıvana çatacaq.



Təxliyyə olunan 105 vətəndaşdan 42-si artıq Naxçıvandadır. Qalan 63 nəfər də iki avtobusla tezliklə Naxçıvanda olacaqlar. Daha sonra vətəndaşlarımız Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə Naxçıvana göndərilmiş təyyarə ilə Bakı gələcəklər.

Azvision.az



Teqlər: Nazirlər-Kabineti  





Xəbər lenti