Azərbaycan vətəndaşlarının zəlzələ bölgəsindən təxliyəsi davam edir

   Azərbaycan vətəndaşlarının zəlzələ bölgəsindən təxliyəsi davam edir
  26 Yanvar 2020    Oxunub:2893
Azərbaycan vətəndaşlarının Türkiyənin zəlzələ bölgəsindən təxliyəsi davam edir.
Azvision.az xəbər verir ki, ölkəmizin Türkiyədəki səfirliyindən AzərTAc-a verilən məlumata görə, Elazığda bir yerə toplaşan vətəndaşlarımız Malatya şəhərindən yola düşən ikinci avtobusla İğdıra, oradan da Naxçıvana aparılacaq. Naxçıvandan təyyarə ilə Bakıya yola salınacaq vətəndaşlarımızın Türkiyəni tərk etmək üçün sənədləri qaydasındadır.

Vətəndaşlarımızı təxliyə edən birinci avtobus yerli vaxtla saat 17.00-da Elazığdan Naxçıvana yola düşüb.

Qeyd edək ki, hadisədən dərhal sonra Azərbaycanın Türkiyədəki səfirliyində “qaynar xətt” yaradılıb. Əlaqə nömrəsi, Mürşüd Məmmədov: 00905526792565.

Təbii fəlakət bölgəsini tərk etmək istəyən digər vətəndaşlarımızın istəyinə uyğun olaraq aidiyyəti qaydada tədbirlər davam etdirilir.

Azvision.az



Teqlər: Türkiyə   Zəlzələ  





Xəbər lenti